“Kəpəz” çox yaxşı komandadır. Biz də bu il istəkli, aqressiv oyun göstərmək niyyətindəyik. Bəzi görüşlərdə şansımız gətirmirdi. Ancaq şükür ki, bu matçda qalib gəldik. Hamı bizə inanır. Məşqçimiz, rəhbərlik, azarkeşlər. Hamısına təşəkkür edirik”.
Bu sözləri idmanxeber.az saytına “Sumqayıt”ın hücumçusu Vüsal İsgəndərli “Kəpəz” oyunu (1:0) sonrası deyib. O, matçdan sonra gəncəli tərəfdarlarla yaşadığı gərginlikdən də danışıb:
“Tribunada məni alqışlayan azarkeşlər də var idi. Bəlkə də başqa vaxtı onların davranışlarına fikir vermərik, ancaq indi durum çətindir. Komandanın vəziyyəti yaxşı deyil, özümün qaçırdığı epizodlar var, psixoloji təzyiq olur. Hamısı üst-üstə düşür. Yenə şəxsimə yönəlik nəsə deyiləndə heç bir reaksiya vermirəm. Ancaq işin içində ailə girəndə məsələ dəyişir. Düzdür, mənim səhvimdi, peşəkar olmaq, kənara fikir verməmək lazımdır.
Bu barədə nəsə desəm fərqli başa düşüləcək. Qol vurduğum epzioddan əvvəl mənə atmacalar var idi. Əslində bunlara reaksiya verməli deyiləm. Ancaq üzrlü hesab etsinlər. “Kəpəz” böyük və hörmət olunası klubdur. Səhvim varsa, azarkeşlərdən və “Kəpəz” klubundan üzr istəyirəm.
O, komandanın hələ də Premyer Liqada rahat mövqedə olmadığını və qarşıdakı oyunlara daha ciddi hazırlaşacaqlarını bildirib:
“Səbail”lə oyununa köklənmişik, qələbə lazımdır. Bu gün çempionatda qalıb-qalmayacağımızı faizlə ölçmək doğru olmaz. Çalışıb bütün görüşlərdə xal və ya xallar qazanmalıyıq”.
Həsən Quluzadə