“İnter”in hücumçusu Marko Arnautoviç karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, avstriyalı futbolçunu “Sevilya”nın maraq dairəsindədi. Artıq tərəflər arasında danışıqlara start verilib.
35 yaşlı hücumçu cari mövsümdə Simone İnzaqinin komandasında 8 matçda iştirak edib, 1 qol vurub. Onun “İnter”lə hazırkı müqaviləsi gələn ilin ortalarına qədərdir.