28 Noyabr 2021
Kateqoriyasız

İspaniya klubu Mahirin transferini tamamlamaq istəyir

İspaniya Sequnda təmsilçisi “Estremadura” klubu “Qarabağ”ın hücumçusu Mahir Əmrəlini transfer etmək üçün fəaliyyətini davam etdirir.

Danışıqlar davam edir və transfer məsələsi hələ də açıq qalır. İrəli xəttə lider futbolçu axtaran Almendralexo təmsilçisi Əmrəlinin transferini yekunlaşdırmaq istəyir.

Daha öncə Mahir açıqlamasında getməyə hazır olduğunu açıqlamışdı:

“Hələ ki, təklif barədə heç kimə demək istəmirəm. Qarşıda oyunlar var. Zaman keçdikcə hər şeyi öyrənəcəksiniz. Fransa və İspaniyanın ikinci liqasının bizim çempionatdan güclü olduğunu düşünürəm. Ancaq burada Avropa Liqası və Çempionlar Liqasında oynayırıq. Bu nüansları da nəzərə almaq lazımdır. Yenə də məsləhətləşəcəm. Ora gedib, qalmaq düşüncəsi olmamalıdır. Daha da irəli gedə biləcəmsə, niyə də olmasın?!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” nigeriyalı futbolçu transfer etdi

admin

“Biz demirik ki, bunu edəcəksiniz” – Əmrah Çelikel

admin

“Bunu klub prezidenti etməlidir” – “Neftçi”nin Müşahidə Şurasının üzvü

admin