İdman

İspaniya milli komandasının baş məşqçisi ilə müqavilə müddəti uzadıldı

İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Xulen Lopetegi ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı mütəxəssis yığmaya 2020-ci ilə qədər rəhbərlik edəcək.

Qeyd edək ki, Xulen Lopetegi 2016-cı il Avropa çempionatından sonra millinin baş məşqçisi olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43