26 Dekabr 2024
Dünya futbolu

İspaniya millisi məşqçisiylə müqaviləni uzadıb

İspaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuente müqaviləsindəki bəndi aktiv edib.

İdmanxeber.az-ın məlumatına görə, bu bəndə əsasən 62 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilə qədər uzadılıb. Təcrübəli mütəxəssis Amerikada keçiriləcək Dünya Çempionatına qədər millini çalışdıracaq.

Luis de la Fuente bu postda 2022-ci ilin dekabrında Luis Enrikeni əvəz edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43