İspaniya millisinin və Madrid “Real”ının futbolçusu Alvaro Arbeloa azı 2 ay yaşıl meydanlardan kənar qalacaq.
İdmanxeber.com-un məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb. Xəbərdə bildirilir ki, bir müddətdir dizində diskomfort hiss edən futbolçu bu gün təkrar müayinədən keçib. Həkimlər sonuncu müayinədən sonra müdafiəçiyə 2 ay yaşıl meydanlara çıxmamaqaq qadağası qoyub.
Arbeloanın İspaniya millisinin heyətində dünya çempionatına yollanacağı da sual altındadı.