İspaniya millisinin Avro-2016-nın final mərhələsi üçün yekun heyəti açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, son Avropa çempionunun baş məşqçisi Visente del Boske İsko (“Real”) və Saul Niqesi (“Atletiko”) heyətə daxil etməyib.
Qapıçılar: İker Kasilyas (“Portu”), David de Xea (“Mançester Yunayted”), Serxio Riko (“Sevilya”)
Müdafiəçilər: Serxio Ramos, (“Real” Madrid), Jerar Pike, Jordi Alba, Mark Bartra (hamısı “Barselona”), Sezar Aspilikueta (“Çelsi”), Mikel san Xose (“Atletik” Bilbao), Hektor Belyerin (“Arsenal”), Xuanfran (“Atletiko”)
Yarımmüdafiəçilər: Bruno Soriano (“Vilyareal”), Serxio Buskets, Andres İnyesta (hər ikisi “Barselona”), Koke (“Atletiko”), Tiaqo Alkantara (“Bavariya”), Pedro Rodriqes, Sesk Fabreqas (hər ikisi “Çelsi”), David Silva (“Mançester Siti”), Lukas Vaskes (“Real”)
Hücumçular: Arits Aduris (“Atletik” Bilbao), Nolito (“Selta Viqo”), Alvaro Morata (“Yuventus”)
Qeyd edək ki, A qrupunda qərarlaşan İspaniya millisi Xorvatiya, Çexiya və Türkiyə yığmaları ilə mübarizə aparacaq.