“Liverpul” “Atletik”də çıxış edən Oyan Sanseti transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Rəhbərlik İspaniya millisinin üzvü üçün 80 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, “Atletik” Oyan Sanseti 2015-ci ilin yayında “Osasuna” akademiyasından transfer edib.