08 Sentyabr 2024
Ölkə futbolu

İspaniyada oynayan azərbaycanlı: “Buradan “Real”a, “Barselona”ya getmək olar”

“Azərbaycanda “Neftçi” və “Səbail”in aşağı yaş qruplarında çıxış etmişəm. Daha sonra eşitdim ki, Bakıya İspaniyadan futbol mütəxəssisləri gəlib. Seçimlərdə məni də bəyəndilər. Artıq 4 aydır İspaniyadayam. Hər şey qaydasındadı”.

Bu sözləri İdmanxeber.az saytına İspaniyada U16 liqasında çıxış edən “Marset” komandasının azərbaycanlı futbolçusu Əlibaba Fətəliyev deyib. Barselona təmsilçisində forma geyinən oyunçu daha sonra belə davam edib:

“Buradan “Real”a, “Barselona”ya getmək olar. Ara-sıra tanınmış futbolçular gəlir, oyunçularla görüşür. Komanda ilə 3 illik müqavilə bağlamışam. Sağ və sol yarımmüdafiə xəttində oynaya bilirəm. Burada həddindən artıq çox uşaq var.

Afrikadan, Türkiyədən, Səudiyyə Ərəbistanından oyunçular gətirirlər. Hazırda La Liqada çıxış edən bəzi futbolçular “Marset” futbol məktəbindən çıxıblar. Mən də irəli getmək istəyirəm. Bura qədər gəlmişəmsə, davamını da gətirəcəm”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43