İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqa mübahisəli epizdolarda VAR hakimlərinin danışıqlarını yayımlamağa qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, qərar 2024-cü il yanvarın 10-da qüvvəyə minəcək və İspaniya Superkuboku, həm də La Liqa matçlarına şamil ediləcək.
Bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.