26 Dekabr 2024
Kateqoriyasız

İspaniyalı futbolçu “İnter”in tarixinə düşdü

Topaz Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Qəbələ” – “İnter” matçı “bankirlər” üçün bir sıra statistic göstəricilərlə əlamətdar olub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə fərqlənmiş Mikel Alvaro Azərbaycan çempionatda “İnter” üçün qol vurmuş sayca 83-cü futbolçul olub.

Bu oyunçu ölkə çempionatında “İnter”in formasında qol vurmuş ilk ispaniyalı futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 29 qol olan Baçana Sxadadze “İnter”in ən yaxşı bombardiridir.

Qeyd edək ki, klubun tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan, Xorvatiyadan, Kosta-Rikadan və Fransadan olan futbolçular da fərqlənmişlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43