28 Sentyabr 2024
Kateqoriyasız

İspaniyalı futbolçu “Qarabağ”la oyunu buraxa bilər

“Olimpiakos”un futbolçusu Qonsalo Avila Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxa bilər.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur oyununda bud nahiyəsindən zədələnib.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43