“Neftçi” hücumçu Antonio Quintanın (Anyete) keçidini rəsmiləşdirib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu 2015/2016 mövsümünün sonunadək “Neftçi”nin formasını geyinəcək.
Qeyd edək ki, “Real Sosyedad” klubunun (2004-2008) yetirməsi olan Anyete İspaniyanın “Koria” (2008-2009), “San Roke” (2009-2010), “Real Xaen” (2010-2011), “Seuta” (2011-2012), Yunanıstanın “Olimpiakos Volos” (2012-2013), “Niki Volos” (2013-2014) və Bolqarıstanın “Levski” (2014-2015) klubunda çıxış edib. Hücumçu son mövsümdə “Levski”nin heyətində 28 oyunda 14 qol vurub.