“Çelsi” Robert Sançes üçün “Brayton”la 20 milyon funt sterlinqə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı qapıçı martdan etibarən öz yerini Jeyson Stilə itirmişdi. London klubunda isə onu Kepa ilə mübarizə gözləyir.
“Çelsi” və “Brayton” arasında Moyses Kaysedo üçün də danışıqlar davam edir.
Robert Sançes 2018-ci ildən qoşulduğu “qağayılar”da 90 oyuna çıxıb və 29 oyunda qapısını qola bağlaya bilib.