17 Sentyabr 2024
Dünya futbolu

İspaniyalı Premyer Liqaya qayıdır?

Ferran Torres yanvarda “Barselona”dan ayrılmaq istəyir.

İdmanxeber.az AS nəşrinə əsasən xəbər verir ki, ispaniyalı vinger hazırki vəziyyətindən razı deyil. O, daha çox oynamaq istəyir. Futbolçu ilə Premyer Liqa klublarının maraqlandığı bildirilir. 

Torres 2022-ci ilin yanvarından “Barselona”da çıxış edir. 23 yaşlı oyunçu bu mövsüm 19 oyuna 5 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43