“Çelsi”dən icarə əsasında “Real”da çıxış edən qapıçı Kepa Arrissabalaqa Madrid klubunda qalmaq istədiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı qolkiper bu barədə özü açıqlama verib: “Əlbəttə, “Real”da qalmaq istərdim. Mən burada çox xoşbəxtəm”.
“Kral klubu” Arrissabalaqanı 2023/24 mövsümünün sonuna qədər “Çelsi”dən icarəyə götürüb.
Transfermarkt.com portalı futbolçuya 18 milyon avro qiymət qoyub.