“Qarabağ”ın hücumçusu Juninyo “Sevilya”nın maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, “sambaçı” La Liqa klubunun transfer etmək istədiyi hücumçular arasındadı. İspaniya mətbuatı yazır ki, transfermarkt saytının dəyərləndirməsinə görə, Juninyonun qiyməti 2 milyon avro olsa da, Ağdam klubu bu keçid üçün minimum 5 milyon avro tələb edəcək.
Xəbərdə həmçinin qeyd edilir ki, “Qarabağ” 2026-cı ilin yayında müqaviləsi başa çatacaq hücumçusunu buraxmaq fikrində deyil.