İspaniyanın məşhur “Marca” qəzeti “Qəbələ”nin futbolçusu Cavid Hüseynovun həbs olunmasındna yazıb.
İdmanxeber.com-un məlumatına görə, “Marca” məlum hadisənin təfərüatlarını olduğu kimi oxucularına çatdırıb.
Məşhur qəzet Kiprli jurnalistin Cavidə “1974-cü ildə Türkiyənin Kiprin bir hissəsini işğal edib. Sənsə bu gün Türkiyə bayrağını dalğalandırdın. Niyə?” – sualını və Hüseynovun cavabını da qeyd edib.
Sonda “Marca” C.Hüseynovun mərhum jurnalistin ölümündə günahkar bilinməsi, eləcə də onun 3 ilədək həbs oluna biləcəyini qeyd edib.