Milli komanda

İsrail – Azərbaycan: 1:11

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Qan şəhərində İsrail və Azərbaycan milli komandaları qarşılaşacaq. Fanat.az xəbər verir ki, bu komandalar arasında 5-ci oyun olacaq.

İndiyədək tərəflər 3 dəfə rəsmi, 1 dəfə yoldaşlıq oyunlarında qarşılaşıb. İlk 3 matçda İsrail qalib gəlib, Bakıdakı son oyunda isə qalib müəyyənləşməyib – 1:1. İsrailin 10 qoluna futbolçularımız 1 dəfə cavab verib.

16 noyabr 1994. Trabzon. AÇ-nin seçmə oyunu. Azərbaycan – İsrail 0:2

11 oktyabr 1995. Təl-Əviv. AÇ-nin seçmə oyunu. İsrail – Azərbaycan 2:0

18 fevral 2004. Ramat Gan. Yoldaşlıq oyunu. İsrail – Azərbaycan 6:0

7 sentyabr 2012. Bakı. DÇ-nin seçmə oyunu. Azərbaycan – İsrail 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43