Milli komanda

İsrail – Azərbaycan oyunu canlı yayımlanacaq

DÇ-2014-ün seçmə mərhələsində sentyabrın 7-də səfərdə İsrailin qonağı olacaq millimizin oyunu canlı yayımlanacaq.

Futbolsevərlər Ramat-Qan şəhərində baş tutacaq oyunu "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı izləyə biləcəklər.

Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sentyabrın 7-də, Bakı vaxtı ilə 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43