19 Sentyabr 2024
Ölkə futbolu

“İstədiklərimizə hələ tam nail ola bilməmişik”

“Kəpəz” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Bakı Sportinq”i 2:0 hesabı ilə məğlub edib və 1/8 finala adlayıb.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov bu oyun haqda fikirlərini bölüşüb. O, klubun mətbuat xidmətinə açıqlamasında deyib: 

“Çox ağır bir oyun oldu. İlk növbədə çox şükürlər olsun ki, bu mərhələni adladıq. Mən bütün azarkeşlərimizə minnətdarlıq edirəm, bizə sona kimi dəstək verdilər. Bizi tək qoymurlar. Hər zaman yanımızdadırlar. Əlavə hissələrə qədər uzanan oyun izlədik. Qol epizodlarımız oldu. Komanda çalışdı ki, daha yaxşı oyun göstərsin. İstədiklərimizə hələ tam nail ola bilməmişik. Bunun üçün vaxt lazımdır. Çalışırıq, qarşıda “Sabah” ilə çətin oyunumuz var. İnşallah, uşaqlar həmin vaxta kimi bərpa olunub, oyuna rahat çıxa bilərlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43