Kateqoriyasız

“İstədiyimiz nəticəni qazanacağımıza inanıram” – Maksim Medvedev

“Vilyarreal”la vacib matça çıxacağıq. Rəqibimiz böyük komandadır və baxımlı oyun sərgiləyirlər”.

Bu sözləri “Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, rəqibin güclü olmasına baxmayaraq, sabahkı oyunda yaxşı çıxış edəcəklərinə inandığını bildirib: “Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik”.

Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçı Bakı vaxtı ilə saat 21:50-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43