Ölkə futbolu

“İstədiyimiz oyun ikinci hissədə alındı”- Vüqar Əsgərli

“Şamaxı” Misli Premyer Liqasının XIX turunda evdə “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından komandanın baş məşqçisi Vüqar Əsgərli “CBC Sport”a oyun barədə fikirlərini bildirib:

“İş günü olmasına baxmayaraq stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Oyuna gəlincə, Şahin müəllimin futbol fəlsəfəsinə bələdik. Antalyada onların yoxlama görüşləri izləmişdik. İlk hissə o qədər də yaxşı deyildik. Fasilədə onlara izah etdik ki, bəzi gedişləri daha yaxşı həyata keçirə bilərik. Bu səbəbdən istədiyimiz oyun ikinci hissədə alındı”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43