Kateqoriyasız

“İstəyirəm ki, Braziliya çempion olsun” – Musa Qurbanlı

“Çalışıram dünya çempionatındakı bütün oyunlara baxım. Demək olar ki, bir çox əfsanəvi futbolçuların sonuncu dünya çempionatlarıdır. Ona görə də olduqca maraqlıdır”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Musa Qurbanlı deyib.

Gənc hücumçu DÇ-2022-də azarkeşlik etdiyi və çempion görmək istədiyi komandanın Braziliya olduğunu bildirib:

“Özüm uşaqlıqdan Braziliya millisinə azarkeşlik edirəm. Məncə, onların şansları daha çoxdur. Fransa da, Argentina da favoritlərdəndir. Ancaq istəyərəm ki, Braziliya çempion olsun. Ancaq bir çoxları Messi və Ronaldoya görə Portuqaliya – Argentina finalını arzulayır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43