Türkiyə Super Liqası 24-cü turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” derbisinin hakimi bəlli olub.
İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul derbisini Şimon Marçinyak idarə edəcək. Polşalı FIFA referisi İstanbula köməkçi heyəti və VAR hakimləri ilə birlikdə gələcək.
Qarşılaşma fevralın 24-də, saat 21:00-da start götürəcək.