08 Dekabr 2022
Kateqoriyasız

İstanbul derbisində heç-heçə

Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk İstanbul derbisi baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, VIII tura təsadüf edən prinsipial oyunda “Fənərbağça” “Beşiktaş”ın qonağı olub. “Vodofon Park” stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarını 15-ə çatdıran “qara qartallar” 6-cı, 14- xalı olan “bülbüllər” isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla “Başahşehir” başçılıq edir. “Adana Demirspor”, “Konyaspor” və “Qalatasaray” da eyni xala malikdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Rüfət Dadaşov “Şalke”nin əsas komandasında debüt etdi, səfərdə məğlub oldular

admin

“Siti” “Lion”la bacarmadı – VİDEO

admin