“Qalatasaray”ın yeni forma sponsoru nüfuzlu “Puma” şirkəti oldu.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubu Almaniya şirkəti ilə 5 illik müqavilə imzalayıb. “Sarı-qırmızılar” bu sözləşmədən 25 milyon avro qazanacaq.
“Qalatasaray” 2011-ci ildən “Nike” ilə çalışırdı. “Puma” ilə əməkdaşlıq gələn mövsümdən etibarən başlayacaq.