Ölkə futbolu

“İstefa qərarımı dəyişdiyimə peşmanam” – Samir Əliyev

“Neftçi”nin baş məşqçisi Samir Əliyev Premyer Liqanın 12-ci turunda audsayder “Rəvan” 2:3 hesabı ilə uduzqları oyunla bağlı fikirlərini açıqlayıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, o deyib:

– Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz “Rəvan”dan heç də zəif deyil. “Rəvan” udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43