XVIII turda istirahət edəcək olan “Neftçi” klubu itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “İnter”lə görüşdə (1:2) sarı vərəqə alan Flavinyo və Karlos Kardozo cəzalı duruma düşüb. Brazilyalılar sarı vərəqə limitini doldurduqları üçün gələn il 31 yanvarda keçiriləcək AZAL-la görüşü buraxmalı olacaqlar.