Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə İsveçin “Elfborq” klubu ilə qarşılaşacaq “İnter” ilk təsnifatın “Moldova “Tiraspol”u ilə cavab qarşılaşmasında zədələnən Dieqo Madriqaldan şad xəbər alıb.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu çətin səfər matçında “bankirlər”ə kömək edə biləcək.
Əvəzində isə məşqdə zədələnən Elvin Məmmədov İsveçə aparılmayacaq.