Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində İsveçdə “Elfsborq”un qonağı olacaq Bakının “İnter” klubu matçın keçiriləcəyi “Boras Arena”da dəstəksiz qalmayacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu ölkədə yaşayan 100-ə yaxın həmvətənimiz artıq “bankirlər”ə müraciət edib. Klub da azarkeşləri biletlə təmin edəcəyinə söz verib.
Sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyunu 200-ə yaxın azərbaycanlı azarkeşin izləməsi gözlənilir.