16 Sentyabr 2024
Dünya futbolu

İsveçli futbolçu komandadan ayrılmayacaq

“Nyukasl”ın hücumçusu Aleksandr İsak bu yay klubu tərk etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Eddi Hau açıqlama verib:

“O, istedadlı futbolçudur və klubda heç kim onu ​itirmək istəməz. Şənbə günü “Vest Hem”ə qarşı oyunda (4:3) əla çıxış etdi. İsak komandanın əsas futbolçularından biridir”

24 yaşlı oyunşu bu mövsüm “Nyukasl”ın heyətində 31 oyuna çıxıb, 18 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43