İsveçrəli futbolçu Nikolas Şindelholts vəfat edib.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı oyunçu ağciyər xərçəngindən dünyasını dəyişib. Nikolas iki il öncə bir matçdan sonra özünü pis hiss etmişdi.
Bunun ardından oyunçuya 2020-ci ilin yayında xərçəng diaqnozu qoyuldu. Peşəkar karyerasını sonlandırmağa məcbur qalan oyunçunun vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Şindelholts ölkəsində “Tun”, “Lütsern” kimi komandalarda da oynayıb.