“Arsenal”ın yarımmüdafiəçisi Qranit Xaka bu yay London klubunu tərk etmək istəyir.
İdmanxeber.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, 30 yaşlı isveçrəli “Bayer”dən təklif alıb. “Topçular”ın baş məşqçisi Mikel Arteta futbolçunun gedişinə etiraz etməyəcək.
Xaka 2016-cı ildən “Arsenal”da çıxış edir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır.
O, 2022/23 mövsümündə bütün yarışlarda 44 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.