İtaliya A Seriyasında növbəti baş məşqçi istefası reallaşıb.
Bu dəfə "Kataniya"nın çalışdırıcısı Luici Di Kanio istefaya göndərilib.
Komandanın göstərdiyi uğursuz çıxışlarının məntiqi nəticəsi kimi turnir cədvəlinin son pilləsində qərarlaşması və son olaraq kubokda "Syena"ya yenilgi rəhbərliyin "səbr kasası"nı daşırıb. Nəticədə Di Kanio köməkçi məşqçiləri ilə birgə "Kataniya"nı tərk edib.