Dünya futbolu

İtaliya – Argentina oyununun məkanı bəlli oldu

Avropa və Cənubi Amerika çempionları arasında keçirilməsi planlaşdırılan matçın məkanı bəlli olub.

İdmanxeber.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Londonun “Uembli” stadionu İtaliya və Argentina milliləri arasında keçiriləcək xüsusi oyuna ev sahibliyi edəcək.

Bu iki qitə çempionlarının oyunu “finalissima” adlandırılıb.

İlk dəfə keçiriləcək tarixi oyun iyunun 1-də baş tutacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43