Milli komanda

İtaliya – Azərbaycan matçını idarə edəcək hakimlər bəllidi

“Avro-2016″nın seçmə mərhələsində keçiriləcək İtaliya – Azərbaycan matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə,  bu oyunu türkiyəli hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Hüseyin Göçek olacaq. Bundan başqa Mustafa Eyisoy və Orkun Aktaş da matçın hakimlər briqadasına daxildir. Serkan Ok isə dördüncü hakim olacaq.

Qeyd edək ki,  İtaliya – Azərbaycan matçı oktyabrın 10-da saat 23:45-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43