İtaliyanın “Torino” klubu Elif Elmasla bağlı qərar verməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçunun çıxışından razıdır və onun “Leypsiq”dən 17 milyon avroya birdəfəlik transfer olunması variantını nəzərdən keçirəcək. Yekun qərarın həftə sonuna qədər verilməsi gözlənilir.
“Torino”nun Elması heyətində saxlamağa üstünlük verdiyi bildirilir.