“Fənərbağça”nın futbolçusu İsmail Yüksek karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçunun xidmətində “Kalyari” klubu maraqlıdı. İtaliya təmsilçisi transferi qışda bitirmək niyyətindədi. Əgər indi alınmasa, “Kalyari” Yüksək üçün yayda da İstanbul klubuna təklif göndərəcək.
Yüksek 2020-ci il avqustun 19-da “Bursaspor”dan “Fənərbağça”ya keçmişdi. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.