İtaliyanın “Leççe” klubunun yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, komanda Marko Campaoloya tapşırılıb. 57 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi müqavilə bağlayıb.
Campaolo karyerası ərzində “Milan”, “Torino” və “Kalyari” də daxil olmaqla, bir çox digər İtaliya komandalarına rəhbərlik edib.
“Leççe” hazırda İtaliya çempionatında 12 turdan sonra 9 xalla 18-ci pillədə qərarlaşıb.