İdman

İtaliya millisinin baş məşqçisi istefa verdi

İtaliya millisinin baş məşqçisi Campyero Ventura istefa verib.

İdmanxeber.com-un məlumatına görə,  o, DÇ-2018-in pley-off mərhələsində İsveçlə qolsuz bərabərə qaldıqları oyundan sonra bu qərarı verib.

Qeyd edək ki, İtaliya iki oyunun nəticəsinə (0:1, 0:0) əsasən 60 ildən sonra ilk dəfə mundialdan kənarda qalıb.

Xatırladaq ki, C.Ventura “Avro-2016″dan sonra İtaliya yığmasını çalışdırırdı. Onun komandası DÇ-2019-in seçmə mərhələsində yer aldığı qrupda ikinci olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43