Dünyadan

İtaliya Rusiya ilə yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Rusiya və İtaliya yığmaları 2018-ci il dünya çempionatına hazırlıq məqsədi ilə yoldaşlıq görüşü keçirəcək. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko jurnalistlərə məlumat verib.

Yoldaşlıq görüşünün 2017-ci ilin noyabrında baş tutacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il dünya çempionatı Rusiyada keçiriləcək. İyunun 14-də start götürəcək mundial iyulun 15-dək davam edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43