22 Oktyabr 2024
Kateqoriyasız

İtaliya yığmasının yeni baş məşqçisi məlumdu

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

İDmanxeber.com-un məlumatına görə, milli komandanı “Avro-2016″dan sonra “Torino”nun baş məşqçisi Campetro Ventura çalışdıracaq.

Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio məlumat verib:

“Biz Venturanı seçdik. O, istədiyimiz keyfiyyətlərə malikdir”.

İtaliya mətbuatı  Ventura ilə iki illik müqavilə imzalanacağını yazıb. 68 yaşlı mütəxəssisin ilinə 1 milyon 300 min avro qazanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43