İtaliya A Seriyasında bu mövsümün ən yaxşı oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, bu ada “İnter”in hücumçusu Lautaro Martines layiq görülüb. Cari mövsüm argentinalı hücumçu 33 matçda iştirak edib, 24 qol vurub və 6 qolun ötürməsini verib.
26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.