“Milan”ın yarımmüdafiəçisi Sandro Tonali “Nyukasl”a keçə bilər.
İdmanxeber.az “The Athletic”ə istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçu üçün təxminən 50 milyon avro təklif edib. İtaliyalı futbolçu ilə “Çelsi” də maraqlanır.
2022/23 mövsümündə Tonali “Milan”ın heyətində 48 oyuna çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə edib. Klubla müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Portal “Transfermarkt” oyunçunun dəyərini 50 milyon avro qiymətləndirir.