03 Fevral 2025
Ölkə futbolu

İtaliyalı futbolçunun qərarı “Neftçi”ni təəccübləndirdi

Bir müddət öncə xəbər verdiyimiz kimi, “Neftçi” Rafael Quzzonu komandadan göndərmək niyyətindədi.

İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçi Samir Abasovun planlarına daxil olmayan oyunçu hələlik “ağ-qaralar”dan ayrılmaq istəmir. O, “Neftçi”dəki müqavilə şərtləri ilə başqa təklif almadığı üçün Bakı klubunda qalmaqda isirarlıdı.

Ancaq məşçqilər heyəti Quzzonu oynatmağı düşünmür. Hətta Abasov italiyalı yarımmüdafiəçini əsas komandandan uzaqlaşdırmaq niyyətindədi.

Onun yaxın günlərdə əvəzedici heyətə göndərilməsi gözlənilir.

Ötən ilin yayında komandaya transfer olunan Quzzo ilə 2 illik müqavilə bağlanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43