Dünya futbolu

İtaliyaya uduzdu, istefa verdi

Çexiya millisinin baş məşqçisi Mihal Bilek istefa verib.

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İtaliyaya uduzaraq mundial arzusu suya düşən təcrübəli mütəxəssis istefa verməsinin səbəbini belə izah edib.

“Biz final mərhələsinə yüksəlmək istəyirdik. Lakin istəyimiz gerçəkləşməyəcək. Çox məyusam. Dünya çempionatına çıxmaq vəzifəsinin öhdəsindən gələ bilmədiyim üçün istefa verirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43