Bir neçə gündür ki, itkin düşən Fil Dişi Sahili milli komandasının sabiq üzvü Stiv Qohouri ölü tapılıb.
İdmanxeber.com-un məlumatına görə, 34 yaşlı müdafiəçinin cəsədi Almaniyada Ren gölü ətrafında tapılıb. Futbolçunun ölümü barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Qohourinin son klubu Almaniya III Bundesliqasında mübarizə aparan “Steynbax” olub. O, karyerası ərzində “Bolonya”, “Yanq Boyz”, “Borussiya” (Münhenqladbax), “Vest Hem” kimi məşhur klublarda forma geyinib.