16 Sentyabr 2024
Ölkə futbolu

İvan Brkiç “Neftçi”dən getdi!

“Neftçi” PFK qapıçı İvan Brkiçlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bakı təmsilçisi 29 yaşlı xorvatiyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş Brkiç bu müddət ərzində “Neftçi”nin heyətində 68 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43