Kateqoriyasız

İvaylo Petevin Qəbələdə qazanacağı məbləğ açıqlandı

Bolqarıstan mətbuatı “Qəbələ”nin yeni baş məşqçisi İvaylo Petevin bu klubdan alacağı məbləği açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubu Petevə illik 1.5 milyon dollar verəcək. Bundan əlavə əyalət klubu Peteveə Avropa Liqasındakı çıxışa görə 500 min dollar ödəyəcək. Yəni, bu mövsüm Petevin “Qəbələ”dən qazanacağı 2 milyon dollar olacaq.

Bolqarıstan mətbuatında yer alan digər xəbərə görə, Petev “Styaua” ilə danışıqlar aparırmış. Sadəcə çalışdırıcı son anda “Qəbələ” varinatını seçdi



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43